Latviya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Latviya Respublikası
Latvijas Republika
Latviya bayrağı Coat of arms of Latvia.svg
(Bayraq)
Şüar:
EU-Latvia.svg
Rəsmi dil Latış dili
Paytaxt Riqa-690 min (2013-cü il)
Prezident Raimonds Vējonis[2015 ~ ]
Ərazi
 - Ümumi
 - % Su
124-cı yer
64,589 km²
1.5%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
147-ci yer
2 160 000 (2015-ci ilin təxmini)
33/km²
Pul Lat
Saat qurşağı UTC +2
Internet TLD .lv
Telefon kodu 371

Latviya (latış. Latvija) və ya rəsmi Latviya Respublikası (latış. Latvijas Republika) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi - avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918 ci ildə elan edilmişdir. 1940-1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.

Etimologiya[redaktə | əsas redaktə]

  1. Latvija sözü qədim latqallardan gəlir. Onlar digər Hind-Avropa tayfaları və bundan əlavə baltik finlər olan livlər ilə müasir latışların etnik kodu qurdular.[1]
  2. "Letiya" (Lettia, Letthia, Leththia) sözünə ilk dəfə "Letiya" şəklində Henrix səlnamələrində (1209) rast gəlinmişdir. Əvvəldən almanlar qədim latqalların yaşadığı torpağları belə adlandırırdılar. Latvija sözü latış dilinə litva dilindən gəldi. Litva dilində bu söz latışların adından (lit. latviai) yaranmışdı.[2]

Əhali[redaktə | əsas redaktə]

Əsas məqalə: Latviya əhalisi

Dil[redaktə | əsas redaktə]

Latviyanın rəsmi dili, ölkədə ən çox danışılan latış dilidir. Ölkənin ikinci ən çox danışılan dil rus dilidir. Bundan əlavə ölkənin bəzi regionlarda livon (əsasən Kurzemedə) və latqal (əsasən Latqaliyadə) dilləri istifadə edilir.

Din[redaktə | əsas redaktə]

Latviyada din (2011)[3]
Lüteranlıq
  
34.2%
Katolisizm
  
24.1%
Rus Pravoslavlıq
  
17.8%
Eski inananlar
  
1.6%
Digər xristianlar
  
1.2%
Digər və ya dinsizlər
  
21.1%

Latviyada ən böyük din Xristianlıqdır,[4] amma amma əhalidən sadəcə 7%-i müntəzəm şəkildə dini toplamalarda iştrak edirlər[5].

Ərazi[redaktə | əsas redaktə]

Ərazisi 100 diyar və 9 Respublika şəhərlərdən ibarətdir.

Xarici keçidlər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Latvia in Brief". Latvian Institute. 2012. http://latinst.lv/wp-content/uploads/2012/01/Latvia_in_brief.pdf. İstifadə tarixi: 12 May 2011.
  2. Латвия — генезис понятия Şablon:Ref-lv
  3. "Tieslietu ministrijā iesniegtie reliģisko organizāciju pārskati par darbību 2011. gadā" (Latvian). http://www.tm.gov.lv/lv/labumi/TM.docx. İstifadə tarixi: 25 July 2012.
  4. "Latvia". CIA. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/lg.html. İstifadə tarixi: 15 December 2008.
  5. Eunice K. Y. Or (23 September 2004). "Trust in Religious Institutions does not convey to Church Attendance". Christian Today. http://www.christiantoday.com/article/trust.in.religious.institutions.does.not.convey.to.church.attendance/1462.htm. İstifadə tarixi: 28 July 2007.

Həmçinin bax[redaktə | əsas redaktə]