26 dekabr
Vikipediya, açıq ensiklopediya
Noyabr – Dekabr – Yanvar | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
26 dekabr — Qriqorian təqvimi ilə ilin 360-cı günü (uzun illərdə 361-ci). İlin sonuna 5 gün qalır.
Mündəricat
Əhəmiyyətli hadisələr[redaktə | əsas redaktə]
- 1805 — Avstriya ilə Fransa arasında Pressburqda sülh müqaviləsi bağlanmışdır.
- 1825 — Rusiyada "Dekabristlər üsyanı" baş vermişdir.
- 1898 — Fransız alimləri Mariya və Pyer Kürilər radiyum elementini kəşf ediblər
- 1968 — İstanbul Universitetində tələbələr rektorluq binasını "işğal" etdiyinə görə Universitetdə dərslər kəsilib
- 1975 — İlk səsdənsürətli sərnişin təyyarəsi "TU 144" birinci reysini (Moskva-Almatı) həyata keçirib. Sonradan bu sıraya Bakı şəhəri də əlavə edilib
- 1990 — Əlcəzair Parlamenti "Ərəb dilinin istifadəsi haqqında" qanun qəbul edib
- 1991 — SSRİ süqut edib, Rusiya Federasiyası müstəqilliyini elan edib
- 2003 — İranda şiddətli zəlzələ nəticəsində 30 000 nəfər həlak olub
- 2004 — Hind Okeanında baş verən 9,15 ballıq zəlzələdən sonra (yerli vaxtla 07:58:53) yaranan sunami İndoneziya, Şri-Lanka, Tayland, Malayziya və hətta Somali sahillərində 230 min adamın ölümünə səbəb olmuşdur.
- 2006 — Nigeriyanın Laqos şəhərində neft boru xəttinin partlaması 500 nəfərin ölümü ilə nəticələnib
- 2006 — İraq Apelyasiya Məhkəməsi Səddam Hüseyn barədə edam hökmünü qüvvədə saxlayıb.
Azərbaycanda olan hadisələr[redaktə | əsas redaktə]
- 1957 — SSRİ Ali Məhkəməsi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1936-cı ildə güllələnmiş ikinci katibi Eyyub Xanbudaqova bəraət verib
- 1991 — Xankəndi şəhəri və digər yaşayış məntəqələrinin tam işğalının və əhalinin deportasiya olunmasının başa çatması.
- 1991 — Misir və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyıb
- 1995 — Ramil Usubova general-leytenant rütbəsi verilib
- 2005 — Dekabrın 23-də gecə Xəzər dənizi üzərində qəzaya uğrayan AN-140 sərnişin təyyarəsinin "qara qutu"su tapılıb
Doğumlar[redaktə | əsas redaktə]
- 1791 — Çarlz Bebbic - ingilis iqtisadçı və riyaziyyatçı (ö. 1871).
- 1891 — Henri Miller - Amerikalı yazıçı
- 1919 — Əminə Dilbazi - Rəqqasə
- 1976 — Cared Leto - amerikalı aktyor və rok musiqiçi.
Ölümlər[redaktə | əsas redaktə]
Bayramlar və xüsusi günlər[redaktə | əsas redaktə]
Aylar | |
---|---|