1914
Vikipediya, açıq ensiklopediya
İllər: | 1911 1912 1913 1914 1915 1916 1917 |
Əsr: | XIX əsr — XX əsr — XXI əsr |
Mündəricat
Hadisələr[redaktə | əsas redaktə]
Dünyada[redaktə | əsas redaktə]
- 4 fevral - Limada Peru ordusu tərəfindən prezident sarayının tutulması. Prezident Qilermo Billinqxerstin devrilməsi və ölkədən sürgün olunması.
- 8 mart - İspaniyada kortesə seçkilərdə monarxistlər qələbə qazanması.
- 14 mart - Serbiya ilə Türkiyə arasında sülh müqaviləsinin imzalanması
- 21 aprel - ABŞ ordusunun Meksikanın Veraskus limanına çıxarılması
- 28 iyun — Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinantın Serbiya millətçisi Qavrilo Prinsip tərəfindən öldürülməsi.
- 23 iyul - Avstriya-Macarıstan vəliəhd Frans Ferdinantın öldürülməsi ilə əlaqədar Serbiyaya ultimatum verməsi.
- 28 iyul- Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi, I Dünya müharibəsinin başlanması.
- 1 avqust - Almaniyanın Rusiya imperiyasına müharibə elan etməsi.
- 2 avqust - Almaniyanın Fransaya müharibə elan etməsi.
- İtaliyanın öz bitərəfliliyini elan etməsi.
- 3 avqust - Almaniyanın Belçikaya müharibə elan etməsi
- 4 avqust - Böyük Britaniya və Avstraliyanın Almaniyaya müharibə elan etməsi
- Argentinanın öz birtərəfliliyini elan etməsi.
- 6 avqust - Avstriya-Macarıstanın Rusiya imperiyasına müharibə elan etməsi
- 15 avqust - Panama kanalının istifadəyə verilməsi
- 18 dekabr - Misirin Böyük Britaniyanın protektoratlığı elan edilməsi
- Osmanlı dövlətində Fuat Uzkınay tərəfindən ilk türk filmi sayılan "San-Stefanodakı rus abidəsinin çöküşü"nün çəkilməsi.
Azərbaycanda[redaktə | əsas redaktə]
- yanvar - "H.Z.Tağıyevin birləşmiş fabriklərinin kontoru"nun təsis edilməsi.
- 12 aprel - 1914-cü ildə Bakıda Azərbaycan dilində "Bəsirət" adlı həftəlik siyasi, ictimai, iqtisadi və ədəbi qəzetin nəşrə başlaması.
- 15 aprel — H.Z.Tağıyev və Musa Nağıyev tərəfindən ilk milli bank - Bakı Tacir Bankının təşkil edilməsi.
- 25 iyun - Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyətinin açılması.
- 15 oktyabr - Ə.Müznibin redaktorluğu ilə "Dirilik" jurnalının nəşrə başlaması.
- Bakıda Musa Nağıyevin vəsaiti ilə xəstəxana tikintisinə (1914-1918) başlanılması.
- "M.Q.Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti"nin təşkil olunması.
- Gəncədə Müəllimlər Seminariyasının açılması.
- Tovuzda ikinci sement zavodunun işə düşməsi.
Doğumlar[redaktə | əsas redaktə]
- 22 mart — Lütfəli Abdullayev, azərbaycanlı aktyor, komik rolların mahir ifaçısı, Azərbaycanın xalq artisti (ö.1973).
Vəfatlar[redaktə | əsas redaktə]
- Aşıq Məhəmməd