Rusların Qafqaz ekspedisiyaları — rusların 864-1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 913-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü.
943-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi. Dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu. Kiyev şahzadəsi I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığını məhv edən növbəti hücuma başladı. Svyatoslavın hücumu rusların şimal-cənub ticarət yollarını əllərində tutmasının başlanğıcı oldu və bu regiounun demoqrafiyasının dəyişməsinə səbəb oldu. Basqınlar Xəzər dənizinə gedən yolu yenidən qurmaq üçün Səyyah İnqvar tərəfindən 1041-ci ildə edilən cəhdə qədər davam etdi. (Davamı...)
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan və Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi.
Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara ciddi müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. (Davamı...)
Amerikan mədəniyyətinin simvolu olan Hollivud yazısı(şəkildə)1973-cü ildə milli tarixi abidə elan olunmuşdur.
Almaniyanın Leypsiq şəhərdə hər il çoxlu sayda yarmarka keçirilir, bu səbəbdən şəhər qeyri-rəsmi olaraq Messestadt (azərb.yarmarkalar şəhəri) adını almışdır.
SSRİ himnində Stalinin adı olduğu üçün 1956-1977-ci illərdə sözsüz ifa olunurdu.
"Vakko"nun təməli 1934-cü ildə Vitali Hakko tərəfindən "Şən Şapka" adıyla qurulan, kiçik bir şapka dükanına dayanır.
Padua Universiteti akedemik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən yaradılmışdır.
ABŞ-ın birinci xanımlarının siyahısı — Ağ Evin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini ABŞ-ın prezidentinin xanımı yerinə yetirir, bə'zən bu titulu mənimsəyir o qadın ki, o dövlət başçısının həyat yoldaşı deyil. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da qadın hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Ən'ənəyə görə, Ağ Evin sahibəsi öz işinin yerinə yetirilməsi müddətində heç bir əmək məşğuliyyətinə malik deyil. Onların vəzifələri dairəsinə, həmçinin, Ağ Evin mərasimləri haqqında qayğılar da daxildir. Birinci xanımın öz xidmət ştatı var, ora daxildir - Ağ Evin ümumi katibi, işçilərin ştatının rəhbərləri, mətbuat katibi, baş floristi, baş aşbazlar. Birinci xanımın ofisi prezident icrası ofisinin budağıdır.