Alban xaç daşları — Azərbaycan xalqının əcdadları tərəfindən yaradılmış və Azərbaycanın maddi-mədəni dəyərləri sırasına daxil olan abidələr qrupu.
Keçmişdə “böyük, şöhrətli və əhalisi sıx olan ölkə olan” Qafqaz Albaniyasının erkən xristian xatirə memarlığı və incəsənətinin təşəkkülü və inkişafı maraqlı, olduqca orijinal bir yol keçmişdir. VII–IX əsrlərdə Qafqaz Albaniyası Cənubi Qafqazın siyasi və mədəni həyatının bütün sahələrində aparıcı rol oynamışdır.
Orta əsr Albaniyasında qədimdən dini və qəbirüstü simvol rolunu oynayan, həllində şaquli xatirə işarəsinin obrazı təcəssüm olunmuş çoxlu memorial abidələr (menhir, fallik obraz, qadın və kişi tanrıları və sərhəd nişanəsi) məlumdur. Bu sadə və çox yayılmış dəfn abidələri dünyanın modeli kimi qavranılırdı. Lakin onlar təkcə dünyaları birləşdirən ox deyil, həm də dirilər və ölülər dünyaları arasında sərhəd dirəyi olub, şaquli və üfüqi fəzanı təcəssüm etdirirdi.
Ernest Heminquey "Qoca və dəniz" hekayəsinə görə 1954-cü ildə layiq görüldüyü Ədəbiyyat üzrə Nobel Mükafatının təqdimetmə mərasiminə səhhətindəki problemlərə görə iştirak edə bilməyib.
"Human Rights Watch" təşkilatının 1994-cü il hesabatında Ağdam şəhərinin ermənilər tərəfindən talanması nəticəsində, həmin il şəhərə ruh şəhər statusu verilmişdir.
Moai heykəllərinin orta ağırlığı 25 tondur. Heykəllərin yerləşdiyi Milad adasında heç vaxt kütləvi insan yaşayışı mövcud olmayıb. Sivilizasiyanın mövcud olmadığı adada mindən artıq heykəlin kim tərəfindən, hansı məqsədlə və nə zaman inşa edildiyi bu gün də məlum deyil.
Rus Amerikasının ordusu, mərkəzi poçt sistemi və kiçik donanması olmuşdur. Şimal torpaqlarının Amerika Birləşmiş Ştatlarına satılmasından sonra muxtar ərazi 1867-ci ildə ləğv edilmiş, 1959-cu ilin 3 yanvar tarixində ərazidə Alyaska ştatı yaradılaraq ABŞ-ın tərkibinə 49-cu ştat kimi qəbul edilmişdir.
Con Uilks ButABŞ prezidenti Avraam Linkolnu qətlə yetirdikdən sonra qaçıb gizləndiyi Merilend ştatı ərazisindəki fermada mühasirəyə alınmış və sağ yaxalanması barədə əmrə baxmayaraq, serjant Boston Korbett tərəfindən boynundan vurularaq öldürülmüşdür.