Nar

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
?Nar kolu (ağacı)
Illustration Punica granatum1.jpg
Elmi təsnifat
Aləmi: Bitkilər
Şöbə: Örtülütoxumlular
Sinif: İkiləpəlilər
Sıra: Mərsinçiçəklilər
Fəsilə: Lythraceae
Cins: Nar kolu (ağacı)
Latınca adı
Punica L.
Wikispecies-logo.svg
Vikinövlərdə
sistematika
Commons-logo.svg
Şəkil
axtarışı
ÜTMX   27278
MBMM   22663

Nar kolu (ağacı) (lat. Punica granatum)[1]lythraceae fəsiləsinə aid bitki cinsi.[2]

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasında istifadə edilir.

[redaktə] Meyvəsi

Nar meyvəsi

Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır.

Nardan təzə halda istifadə edilməklə yanaşı, narşərab, nar şirəsi, limon turşusu istehsal edilir. Yetişməsindən asılı olaraq tezyetişən (oktyabrın əvvəllərində), ortayetişən (oktyabrın ortaları və axırı) və gecyetişən (noyabrın əvvəllərində) qruplara bölünür. Saxlanılma müddətləri də yetişməsindən asılıdır. Belə ki, tezyetişən 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər 1-20C temperaturda saxlanılır.

Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. Təzə narın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 202-74) tələblərinə cavab verməlidir [3]

[redaktə] Dində

"Quran"da nar haqqında belə bir ifadə var:

"Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin. Yığılıb toplandığı gün də haqqını (zəkat və sədəqəsini) verin, lakin israf etməyin; çünki Allah israf edənləri sevməz."[4]

Ənam surəsi, 141

[redaktə] İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009.
  4. Quranda adı çəkilən bitkilər (azərb.)

Alətlər sandığı
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Bələdçi
Keyfiyyətli səhifələr
Xüsusi
Alətlər sandığı
Başqa dillərdə