Müsabiqə

Sosial bloq yazıları müsabiqəsi – 3

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi növbəti sosial bloq yazıları müsabiqəsini elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün bloqerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqçu və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir.

Müsabiqənin ümumi mükafat fondu 700 AZN təşkil edir.

Mükafatlar:

  • I yer 200 AZN
  • II yer 150 AZN
  • III yer 100 AZN
  • IV-VIII həvəsləndirici yerlər hər biri 50 AZN.

Müsabiqəyə 10 dekabr – 14 yanvar 2011-cu il saat 23:00-a qədər yazılmış bloq yazıları qəbul olunur. Müsabiqəyə istənilən bloqda və ya sosium.com saytında yazılmış və qaydalara cavab verən bütün yazılar təqdim oluna bilər.

Bloq postlarınızı müsabiqəyə təqdim etmək üçün Qaydalarla tanış olun və  daxil et səhifəsinə keçin.

Müsabiqə ilə bağlı bütün suallarınızı yazyay@gmail.com ünvanına yaza bilərsiniz.

Qeyd etmək istərdik ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkishaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.

Copyright © 2011 Sosium|WordPress Theme Design by Rubiqube.com