Posted by: tofiqibrahimov | Fevral 16, 2011

Ucarda ilk qar !!!

Qarda

Axşam hava hakqında proqnozlara baxırdım,  Ucara qar yağacaq deyildi. Sözün düzü inanmadım. Axşam saat 12 olardı yağış yağmağa başladı. Mən ümüdümü kəsibyatdım.  Səhər durduqda qar yağdığını gördüm. Sevinə-sevinə məktəbə getdim. Məktəbdə tənəffüsdə uşaqlarla qaropu oynadıq. Amma bu ilk qar idi, çoxda yaxşı deyildi, (çirkli) həmdə az yağmışdı. Qar çox qalmadı, saat 1-də artıq qar yerinə yağış yağırdı. İndi isə qardan əsər-əlamət qalmayıb. Elə bil heç qar yağmayıbmış. Biz doyunca qar topu oynaya bilmədiyimiz üçün kədərləndik.  Amma bir yaxşı cəhəti də var ki xəstəliklər təmizləndi. İnşallah birdə yağar !!!

Posted by: tquliyeva | Fevral 16, 2011

Əsl insan olaq…

(Bildirmək istəyirəm ki, bu bloq əsasən Ucar və ucarlılar barədə olsa da, bu günkü yazım nəinki ucarlılara, nəinki azərbaycanlılara, həm də bütün insanlara aiddir!)

…Mən gəlməmişdən əvvəl mələklər verdilər silah…

Bu istedaddır, sanki çiyinlərdə görünməz qanad…

Bu istedadır, köməyim olur, amma qoymur yatmağa…

Mən gəlməmişəm şair olmağa, ya da ad ucaltmağa… Ardı…

Posted by: Orucov09 | Fevral 15, 2011

Buna haqqımız çatırmı?

Son zamanlar yas mərasimini aparan mollalar yaman müzakirə obyektinə çevriliblər. Əslində buna, necə deyərlər, hakk ediyorlar. Amma bir məsələ var. Deyək ki, bir yaxınımız vəfat edib. Yaxud özümüz. Bu yazığı islam adət və ənənəsi ilə dəfn edən birisi lazımdır ya yox? Mollaları qınayan hansı birimiz bir müsəlman kimi dəfn mərasimində boynumuza düşən haqqı yerinə yetirmişik. Hansı birimiz, bir müsəlman kimi, bir müsəlman yaxınımızın ən azında meyit, vəhşət namazını qılmışıq? Ümumiyyətlə dəfn mərasiminin islam adətilə prosedur qaydalarını hansı birimiz mükəmməl bilirik? Əgər müsəlman hesab olunuruqsa ən azı bunu dövlət himnimiz kimi bilməyə borcluyuq. Gəlin Ardı…

Posted by: Kama | Fevral 14, 2011

Sevgililər günü – ikiqat bayram

14 fevral sevgililər günü? Maraqlı qeyd etmədir. Amma sizcə sevən insana sevdiyini təbrik etmək və ya sevindirməsi üçün mütləqmi belə günlər olmalıdır? Sevgi elə bir hissdir ki, zaman-zaman sübuta ehtiyacı var, əminliyə ehtiyacı var. Ardı…

Posted by: tquliyeva | Fevral 12, 2011

Maraqlı və qeyri-adi adlar

Söhbətim adlar, daha doğrusu qeyri-adi adlar barədədir. Bir- iki gün bundan əvvəl maraqlı bir hadisə ilə qarşılaşdım və sizlərlə bölüşmək qərarına gəldim.

Məktəbdə idim. Bizə ədəbiyyat dərsi- adı kimi özü də, xasiyyəti də, insanlığı da gözəl olan çox sevdiyim bir müəlliməmin- Lətafət müəlliməmin dərsi idi. Biz həmişəki kimi şeirlərimizi danışırdıq. Dərsimiz çox maraqlı keçirdi… Birdən tanımadığımız bir nəfər qapını döyərək içəri girdi və “ Xeybər müəllim sizsiniz? ! ” deyə Lətafət müəlliməyə müraciət etdi. Xatırladım ki, Xeybər müəllim də bizə dərs deyən çox sevdiyimiz kişi müəllimlərdən biridir. Riyaziyyat müəllimimizdir. Ardı…

Posted by: Kama | Fevral 10, 2011

Nurayın şerlər silsilesinden

Gənc , Nuray Nur təxəllüsü ilə  şerlər yazan  şairə  xanımın  şerlərinə  heyran  olmaya bilmirəm. Gəlin birlikdə heyran olaq :)

İtmək istəyirəm!

İtmək istəyirəm zülmət içində,
Özümü həsretlə axtarım bir az.
Vurnuxum sağ-sola təşviş içində,
Çağırım harayla çıxdıqca avaz. Ardı…

Posted by: tquliyeva | Fevral 9, 2011

Yağış və mənalı bir gün…

Yağış…

Mənə çox şeyi anlatır yağış… Sanki həyatı mənalandıran ünsürlərdən biridir yağış… Necə də mənalıdır yağış…

Sanki hər şeyin anlamıdır yağış…

Bir neçə gün əvvəl Ucara yağış yağdı. Özü də durmadan yağdı. Yağan yağışa baxır və düşünürəm…Yağışa deyirəm ki, “darıxmışdım yağmağınçün…” Ardı…

Posted by: tofiqibrahimov | Yanvar 31, 2011

Milli Qəhrəman Mübariz İbrahimov !!!

Deyirlər ki, ermənilər xaricdən mütəxəssis gətiriblər, Mübarizin meyitini tədqiq eyləyiblər. Bilmək istəyiblərki, Mübariz nə qanı daşıyıb, damarlarından axan nə olub , ürəyi necədir ?! Yəni inana bilmirlər dünyada belə adamın  olmağına. Ona görə meyiti vermək istəmirdilər. Hətta deyirdilər ki, Mübarizin qanından dərman düzəldib öz əsgərlərinə vurmaq istəyirdilər, onlarda Mübariz kimi olsun deyə! Ardı…

Posted by: Kama | Yanvar 28, 2011

Səssiz söhbət?

Balıqların səssiz söhbəti

Bu balıqların akvariumun küncündə belə Ardı…

Posted by: Kama | Yanvar 24, 2011

Bir manatlıq xeyir

Dünən Bakıdan rayona avtobusla qayıtmalı oldum. Avtobusda sərnişinlərin toplanmağını gözləyirdik ki, əlində prosessor olan bir gənc oğlan da avtobusa mindi. Sürücü bir az nəm-nüm edib bir təhər prosessoru yerləşdirməyə çalışdı. Elə hey deyirdi ki, bu komputeri gərək elə qoyaq ki, yolda silkələnməsin. Avtovağzaldan çıxmaq istəyirdik ki, bir xeyli ləngidik. Sərnişinlər səbəbi soruşanda sürücü dedi ki, çıxış üçün pul verməkdə növbədir. Gülməli səslənsə də, diqqətlə baxanda şlaqbaumun yanında kiçik “budka”nın üstündə yazılmış maraqlı bir yazı gördüm Ardı…

Older Posts »

Kateqoriyalar